Virus infeksiyasına qarşı yeni burun spreyi hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələrdən biri də onu öldürən və yoluxmanın çoxalmasının qarşısını alan farmokoloji birləşmələr və dərmanlardır. Son günlər bu sahədə nəticələri heyvanlar üzərində uğurla yekunlaşan təqdimat aparılıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayevin dediyinə görə, yeni hazırlanan dərman vasitəsi virusla mübarizədə böyük bir uğurun başlanğıcı ola bilər: "Aparılan tədqiqat nəticəsində aşkar olunub ki, burun spreyi şəklində həmin birləşmələri alan heyvanlar tam şəkildə virusdan qorunurlar. Elmi tədqiqatın metodik hissəsində bu barədə daha geniş və aydın izah edilir. Bu cür burun spreylərinin pandemiya bitənə qədər insanlar arasında tətbiq edilməsi üçün tədqiqatların nəticəsini gözləmək lazımdır".
Tədqiqatlar nəticəsində məlum olub ki, bu birləşmə 24 saat heyvanların ağciyərlərində qalır, orada effektli təsir göstərir və hətta müəyyən qədər qana keçir. İki dəfə sprey vurulmuş heyvanları 6 saat sonra virusa yoluxmuş heyvanlarla eyni yerə toplayıblar. Nəticədə birləşmə tətbiq edilən heyvanlarda virusdan müdafiə 100 faiz olub.
Azərbaycanlı alim deyib: "Peyvəndin tətbiqi pandemiya ilə mübarizədə çox əhəmiyyətlidir və onun aradan qaldırılması üçün vacibdir. COVID-19 isə pandemiyadan əvvəl də olub və bundan sonra da olacaq. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, bu cür burun spreylərinin tətbiqi gələcəkdə çox faydalı olacaq".
Gələcəkdə sağlam insanın virusa yoluxmuş şəxslə təmasda olması faktı aşkarlanarsa, həmin spreydən 24 saat müddətində istifadə etmək nəzərdə tutulur. Tədqiqatın digər maraqlı nəticəsi isə yeni virus ştammlarna, xüsusilə də "Britaniya ştammı"na qarşı effektivliyinin sübut olunmasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
XƏBƏR LENTİ
-
Payız gəldi, saçlar tökülməyə başladı - Səbəb
-
İki dəfə aldanmalarına imkan verməyən bürclər
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)





