Maraqlı

“Apple” şirkəti “iPad mini” planşetindən imtina edir

27 Fevral 2021 20:57
Baxış: 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti qatlanan cihazlara üstünlük verərək ən yığcam planşetindən imtina edəcək. Bu haqda Çinin "MyDrivers" nəşrinin hesabatında deyilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, insayderlərin məlumatına görə, ABŞ-ın İT nəhəngi yığcam planşetlər seriyasından imtina etməyə hazırlaşır. Onun yeni qatlanan "iPhone" cihazı ilə əvəz ediləcəyi bildirilir. Çox güman ki, şirkət sözügedən modeli öz saytından siləcək, həmçinin onu tədricən istehsaldan və satışdan çıxaracaq.

Analitiklərin fikrincə, qabaqcıl smartfonun ekranının diaqonalı 7,3 və 7,6 düym diapazonunda olacaq və stilusla işləməyi dəstəkləyəcək.

Xatırladaq ki, "iPad mini" seriyasından ilk planşet 23 oktyabr 2012-ci ildə təqdim edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.