Maraqlı

“LG webOS” platforması digər istehsalçıların televizorlarına quraşdırılacaq

27 Fevral 2021 22:50
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyanın "LG Electronics" (LG) şirkəti "webOS" əməliyyat sisteminin ekosistemini genişləndirib. Belə ki, bundan sonra proqram platforması digər istehsalçıların "ağıllı" televizorlarına da quraşdırılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda dünyanın 20-dən çox televizor istehsalçısı "webOS" ekosisteminə qoşulmaq arzusunu ifadə edib. Onlar arasında "RCA", "Ayonz" və "Konka" kimi brendlər sadalanır. Perspektivdə tərəfdaşların sayının artacağı gözlənilir.

"LG" nümayəndələrinin sözlərinə görə, "webOS" sisteminin inkişafı "Realtek", "Nuance", "Gracenote", "CEVA" və "Universal Electronics" kimi texnoloji şirkətlər tərəfindən dəstəklənir.

"webOS" əsasında televizorlar "Netflix", "YouTube" və "Amazon Prime Video" daxil olmaqla populyar striminq və onlayn xidmətlərə istifadəyə imkan verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.