Qlobal elektron ticarət bazarında kəskin fərq qeydə alınıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qlobal elektron ticarət bazarının dövriyyəsi sürətlə artır. İstehlakçılar, xüsusən də pandemiya dövründə internet üzərindən daha tez-tez məhsul və xidmətlər sifariş edirlər.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) son hesabatı elektron ticarətin reytinqi ilə bağlıdır. Müəlliflər Avropa ölkələrində elektron ticarətin uğurunu qeyd edir və aşağı gəlirli ölkələrdə rəqəmsal dəyişikliklərə nail olmağa səsləyirlər.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hesabata görə, 2020-ci ildə elektron ticarət sahəsində lider ölkə olmuş İsveçrədə ölkə əhalisinin 97%-i internetə çıxış imkanına malikdir. Reytinqə daxil edilmiş ölkələrin, demək olar ki, hamısı Avropa ölkələridir. Yalnız iki istisna var: Sinqapur 4-cü, Honkonq (Çin) 10-cu yeri tutub. Elektron ticarət üzrə ilk onluğa, həmçinin Danimarka, Böyük Britaniya, Almaniya, Finlandiya, İrlandiya və Norveç daxil edilib. Bu sahədə keçid iqtisadiyyatına malik dövlətlər arasında Belarus və Rusiya liderlik edir.
Hesabat müəllifləri ölkələrin elektron ticarət sahəsindəki nailiyyətlərini bir sıra meyarlar üzrə qiymətləndiriblər: əhalinin təhlükəsiz serverlərə çıxış imkanı, poçt xidmətlərinin etibarlılığı, infrastrukturun mövcudluğu, həmçinin internetə və maliyyə müəssisəsində hesaba malik olan ölkə sakinlərinin sayı.
Bu gün ABŞ və Çin dünyada elektron ticarət üzrə liderdir, amma bu ölkələr reytinqdə müvafiq olaraq 12-ci və 55-ci yerləri tuturlar. Hər iki ölkə ticarətin miqyasına görə liderdir, lakin bir sıra göstəricilər üzrə geri qalırlar. Belə, məsələn, ABŞ-da ilk onluğa daxil edilmiş ölkələrlə müqayisədə daha az insan internetə çıxış imkanına malikdir, Çin isə bu göstərici üzrə ümumiyyətlə dünyada 87-ci yeri tutur.
"Elektron ticarət sahəsində fərq əvvəlki kimi böyükdür" - "UNCTAD"ın nümayəndəsi Şamika Sirimann deyib. - Hətta "G20" ölkələri arasında internet üzərindən alış-veriş edən insanların sayı xeyli fərqlənir: Hindistanda 3%-dən Böyük Britaniyada 87%-dək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
XƏBƏR LENTİ
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)





