Maraqlı

Banan nə ilə faydalıdır?

20 Fevral 2021 08:21
Baxış: 1 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Banan depressiya iıə mübarızə aparmağa kömək edir. Onun tərkibində çox miqdar triptofan vardır ki, ondan xoşbəxtlık hormonu olan serotonin hasil olur. Buna görə də banan əhvali-ruhiyyəni qaldırır.
2. Banan yeganə meyvədir ki, körpələrdə allergiya törətmir.
3. Sümüklərin möhkəmlənməsi. Banan orqanizmdə kalsiumu saxlayır, buna görə də o, sidiklə xaric olmur və sümüklərin möhkəmlənməsinə səbəb olur. Bu xüsusi ilə qəhvə həvəskarları üçün vacibdir. Çünki qəhvə kalsiumun orqanizimdən xaric olmasına səbəb olur.
4. Bağırsaqların mikroflorasının yaxşılaşması. Bananın tərkibinə daxil olan maddələrdəki fermentlərin hesabına qida maddələri asanlıqla mənimsənilir.
5. Qəbizlik. Banan qəbizlikdən əziyyət çəkənlər üçün faydalıdır. Banandan mütəmadi istifadə etdikdə bu problemdən asanlıqla qurtulmaq olur.
6. Banan qıcqırmaya qarşı faydalıdır.
7. Mədə yarası. Banan bu zaman istifadə olunduqda mədə divarına bürüyücü təsir göstərir, onu təhlükəli maddələrdən və turşulardan qoruyur. Bu da mədə yarasının çapıqlaşmasına və sağalmasına səbəb olur.
8. Diareyalarda. Diareyalarda banan yaxşı bərpa edici effekt verir.
9. Banan tərkibindəki kalium hesabına çox məşq edənlərin bud əzələlərini qıc olmadan qoruyur.
10. Ödemlər. Banan ödemlərdən əziyyət çəkənlərin ödemlərini xeyli azaldır.
11. Enerji mənbəyi. Əgər məşqdən əvvəl banan qəbul etsəniz məşq daha effektli olar, çünki bu zaman qanda şəkərin miqdarı yuxarı qalxmır, məşqin axrına qədər kifayət qədər enerjiniz olacaq.
12. Həzmin yaxşılaşması. Bananın tərkibinə daxil olan pektin və xelatlar toksin və digər zərərli maddələri orqanizimdən xaric edir, bu da həzmin yaxşılaşmasını təmin edir.
13. Qadınlar üçün. Banan tərkibində olan serotonin və digər faydalı maddələr aybaşı zamanı ağrı simptomunu və pis əhval-ruhiyyəni aradan götürür.
14. Anemiya. Bananın tərkibində olan dəmirə görə o qan azlığında mühüm məhsuldur.
15. Ürək xəstəlikləri. Bananın tərkibində olan kalium damarların vəziyyərtini yaxşılaşdırır, infakt və insultun riskini azaldır, hipertoniyanı müalicə edir.
16. İmmunitet. Bananın tərkibinə antioksidantlar və amin turşuları daxildir ki, bu orqanizmi mudafiə edir və immuniteti artırır.
17. Böyrəklər. Banan böyrəklərin işinə müsbət təsir göstərir ki, mikroelementlər, vitaminlər böyrəklərin vəziyyətini yaxşılaşdırır, qumu və daşları orqanizimdən xaric edir.
18. Ürəkbulanma. Banan hamiləlik toksikozu zamanı və yolda olarkən baş verən ürəkbulanmanı aradan qaldırır.
19. Həşərat dişləməsi olduqda banan qabığı yaxşı təsir göstərir. Banan qabığını həmin yerə sürtdükdə sağalma tez baş verir.
20. İstiliyə qarşı. Banan orqanizmin temperaturunu aşağı salır. Banan qızdırma və güclü hərarət zamanı temperaturu aşağı salır.
21. Siqareti tərk etmə. Nikotin turşusundan imtina etmək istiyirsinizsə, banan yeməyi məsləhət görünür. Çünki, onun tərkibində olan vitamin kalium, maqnezium nikotinin orqanizimindən xaric olmasına təmin edir.
22. Zehni fəaliyyətin yüksəlməsi banan qəbul edən şəxs informasiyanı daha yaxşı qəbul edir bu da imtahanda daha böyük əhəmiyyət kəsb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.