Maraqlı

İtinə 5 milyon dollar miras qoyub

14 Fevral 2021 20:12
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı biznesmen Bill Dorris border-kolli cinsindən olan Lulu adlı itinə böyük məbləğdə miras qoyub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tennessi ştatının Neşvill şəhərindən olan sahibkar sevimli itinə 5 milyon dollara yaxın pul vəsiyyət edib. Bill Dorrisin həyat yoldaşı və uşaqları olmayıb və o, öz itini çox sevirdi. Vəsiyyətnaməyə əsasən, həmin vəsait Lulunun adına olan etibarnamə hesabına köçürüləcək.

Səkkiz yaşlı itə mərhumun rəfiqəsi Marta Berton baxacaq və o, buna görə aylıq məvacib alacaq.

Sahibkarın, habelə konfederativ ordunun generalı Nataniel Bedford Forrestin abidəsinin yerləşdiyi torpaq sahəsi də var. Avtomobil şosesi yaxınlığındakı bu torpağın və abidənin aqibəti isə miras məhkəməsində həll olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.