Maraqlı

“Microsoft Word” proqram təminatına gecə rejimi əlavə edilib

16 Fevral 2021 23:50
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft Word" mətn redaktoruna qabaqcıl gecə rejimi əlavə edilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mətn redaktorunun hazırlanmasına rəhbərlik edən Ali Forelli izah edib ki, istifadəçilər "Word" proqramında qaranlıq və ya gecə vaxtı işlədikdə qara rejim gözlərə mənfi təsiri azaldır. Yeni rejim proqramın gələcək yeniləməsində əlçatan olacaq.

"Microsoft"un nümayəndəsi, həmçinin izah edib ki, istifadəçi istənilən vaxt gecə rejimini aktiv və ya deaktiv edə bilər və ya istənilən şərtlər daxilində sənədin səhifəsini ağ saxlaya bilər. Bu seçim "Word" proqram təminatının tənzimlənməsində aktivləşdirilir, rejimlər arasında keçid düyməsi proqramın alətlər panelində yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.