Ford Explorer modelindən ucuz olan Equator krossoveini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ford şirkəti,Çin bazarında satılacaq yeddi yerlik Equator modelini təqdim edib. Ford Explorer modelindən daha kiçik və ucuz olacaq yeni krossover fərqli eksteryer və interyer dizaynına, ikimərtəbəli optikaya və önötürməli şassiyə malikdir.
Forma faktoru və ölçüləri baxımından Ford Equator modeli Explorer krossoverinə bənzəsə də, texniki cəhətdən modellər arasında ortaq heç nə yoxdur. Yeni modelin əsasını önötürməli və eninə yerləşən mühərrikə malik olan platforma təşkil edir. Xatırladaq ki, Explorer modeli arxa ötürməli platformaya əsaslanır və mühərrik uzununa yerləşir.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Ford Equator modelinin uzunluğu 4905 millimetr, eni - 1930 millimetr, hüncdürlüyü isə 1755 millimetr təşkil edir. Bu, "Mavi Ovalın" Toyota Highlander krossoverinə rəqib yaratdığından xəbər verir. Nümayiş etdirilən krossover altı nəfərlik Titanium top versiyasındadır.
Belə modifikasiya ikinci sıranın fərdi oturacaqları, arxa sərnişinlər üçün ayrı-ayrı iqlim zonaları, 20-düymlük beşqollu yüngül lehimli disklər,i ağacdan dekor və ikirəngli dəri ilə üzlənmiş oturacaqlar, ön panel və qapı kartları ilə təchiz edilir. Bununla birlikdə, 2 + 3 və ya 2 + 3 + 2 sxeminə malik olan beş və ya yeddi nəfərlik salon konfiqurasiyası ilə təchiz edilmiş daha ucuz modifikasiyalar da olacaqdır.
Bütün Equator modellərinin əsas "fişkası" cihazlar panelinin və multimedia sisteminin funksiyalarını özündə birləşdirən nəhəng geniş ekrandır. Ayrıca, bütün krossoverlərdə avtomatik transmissiya selektorunun əvəzinə şayba və smartfonların simsiz doldurma meydançası olan "süzən" mərkəzi konsol quraşdırılıb.
Krossoverin kapotunun altında 224 at qüvvəsi hasil edən 2,0-litrlik dördsilindrli EcoBoost turbomühərriki yerləşdirilib. Transmissiya haqqında məlumat rəsmi olaraq təsdiqlənməyib: Çin mediası yeni modelin 8-pilləli "avtomat" ilə təchiz ediləcəyini proqnozlaşdırır, lakin tam ötürmənin mövcudluğu sual altındadır.
Çində Ford Equator modeli bu ilin birinci rübün sonuna qədər satışa çıxarılacaqdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin Equator yerli JMC-Ford zavodunda yığılacaq və Çində 310.000 yuana satılan Ford Explorer modelindən daha ucuz olacaqdır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi





