Maraqlı

Dünyanı təhdid edən şimal təhlükəsi: bu tarixə qədər...

10 Fevral 2021 23:34
Baxış: 1 476
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Arktika 2050-ci ilədək buzsuz qala bilər.

Milli.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaz aylarında Arktikanın, ümumiyyətlə, buzsuz olacağı ehtimalı böyükdür: "Bir çox iqlimşünasın hesablamalarına görə, 2050 və ya ən azı 2060-cı ilə qədər Arktikanın buz örtüyündən azad olması ehtimalı böyükdür" .

Vilfandın sözlərinə görə, Arktikanın buz sahəsi son 40 ildə sürətlə azalmağa başlayıb.

Qeyd etmək lazımdır ki, qlobal istiləşmə "Qırmızı Kitab"a düşmüş unikal heyvan növlərini, ilk növbədə, qütb ayılarını təhdid edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.