Maraqlı

Saçlara qulluq

11 Fevral 2021 08:51
Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saçlara qulluq edərkən bir neçə qaydaya əməl etmək lazımdır. Saçlara edilən qulluq baş dərisini kəpəkdən qoruyur, saç uclarının haçalanmasının qarşısını alır, saçlara həcm verir, onun uzanmasına səbəb olur. Saçlara edilən qulluğa aşağıdakılar aiddir:
*Yumazdan əvvəl saçlar daranmalıdır.
*Daraq taxta və ya yumşaq materialdan olmalıdır.
*Şampundan istifadə edən zaman şampunu birbaşa saçın üstünə yox, bir miqdar su ilə qatıb saça sürtmək lazımdır.
*Yağlı saçlar 2-3 gündən, quru saçlar isə 5-7 gündən bir şampunla yuylmalıdır.
*Saçları qurudan zaman fen uzaqdan tutulmalıdır.
Sizə saçlara qulluq etmək üçün bir neçə resept demək istəyirəm.
Quru saçlar üçün:
- 2 yumurtanın sarısı, 2 xörək qaşığı balqabaq yağı ilə qarışdırılıb yumazdan əvvəl saçların dibinə sürtülür, 1 saat sonra saçlar şampunla yuyulur.
- ev şəraitində hazırlanmış mayonez saçlara sürtülür, 1 saat sonra şampunla yuyulur.
- badam yağı, qırmızı istiot yağı ilə qarışdırılıb saçlara sürtülür, 1 saat sonra yuyulur.
Yağlı saçlar üçün:
- 2 yumurtanın sarısı 2 xörək qaşığı kefirlə qarışdırılıb saçlara sürtülür, saçların dibi yüngülcə massaj edilir, 1 saat sonra yuyulur.
- 2 xörək qaşığı xardal tozu isti suya tökülüb, smetanabənzər maddə şəkli alana qədər qarışdırılır, saçlara sürtülüb 20 dəqiqə sonra yuyulur.
100 qram quru gicitkən yarpağını yarım litr suya töküb, üzərinə 1 stəkan sirkə əlavə edib 30 dəqiqə qaynadılır. Soyuduqdan sonra hər dəfə bu qarışımdan 1 qaşığını 1 litr suya tökülür və saçlar yaxalanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.