Maraqlı

Kameralar quşları toqquşmadan qoruyur

11 Fevral 2021 20:10
Baxış: 816
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Külək generatorları ekologiyaya zərər vurmadan enerji hasil etməyə imkan verir. Ancaq külək generatorlarını tamamilə təhlükəsiz adlandırmaq da olmaz. Məlum olub ki, onlar yaxınlıqdan uçan quşların  ölümünə səbəb olur. Alimlər tərəfindən hazırlanmış "ağıllı" sistem quşlar yaxınlıqdan uçduqda turbinlərin işini dayandırır. Bu, quşların ölümünü 82% azaltmağa imkan verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, quşlar əla görmə qabiliyyətinə malikdirlər, ona görə onlar bir çox hallarda külək generatorlarının bıçaqlarını ayırd edə bilirlər. Ancaq quş ov zamanı öz qurbanını təqib etdikdə bıçaqlar kor zonada ola bilər ki, bu da turbinlə toqquşma riskini yüksəldir. Alimlər bu problemi həll etmək üçün "IdentiFlight" adlı "ağıllı" kamera hazırlayıblar. O, quşların yaxınlaşmasını təhlil edərək qurğunun turbininin işini vaxtında dayandıra bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.