Maraqlı

Chrome-a QR kod dəstəyi gəlir - Linkləri kopyalamağa ehtiyac qalmayacaq

9 Fevral 2021 21:20
Baxış: 691
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Google Chrome 88 yeniləməsi ilə yeni funksiyanın tətbiqinə başlayıb. Əslində, Chrome 84-dən bəri mövcud olan bu xüsusiyyətin yeniləmə ilə hər kəs tərəfindən istifadəsi mümkün olacaq. Google mobil internet təcrübəsini artırmaq üçün QR kod xüsusiyyətini düşünüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu xüsusiyyətlə bir foto və ya səhifənin linkini QR kod olaraq yarada biləcəksiniz. Siçanın sağ düyməsini vuraraq açdığınız menyuda QR kodu yaratmaq seçimi də mövcud olacaq. QR kodu işarəsini vurduqda bu keçidin QR kodunu yaratmaq mümkündür.

Beləliklə, QR kod tətbiqlərini smartfonda işə salmaqla bir yerə kopyalamadan istədiyiniz linki əldə edə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.