Maraqlı

2021-ci ildə “Nokia” ilk smartfonunu təqdim edib

9 Fevral 2021 23:10
Baxış: 997
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Nokia" brendi üzərində hüquqa malik "HMD Global" şirkəti yeni ucuz smartfonunu təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Nokia 1.4" modeli HD təsvir ölçülü çərçivəsiz 6,51 düymlük ekran, başlanğıc səviyyəli "Qualcomm Snapdragon 215" prosessoru, 4000 milliamper/saat tutumunda akkumulyator, həmçinin barmaq izləri skaneri ilə təchiz edilib. Daxili yaddaşın tutumu 32 və ya 64 QB-dır.

"Nokia 1.4" cihazı ikiqat əsas kameraya malikdir: avtofokusa malik 8 mp-lik sensor makroçəkiliş üçün 2 mp-lik obyektivi tamamlayır. Selfi kameranın təsvir ölçüsü 5 mp-dir.

Aparat "Google"un əməliyyat sisteminin zəif qurğular üçün optimallaşdırılmış "Android 10 Go" versiyasının idarəetməsi altında işləyir. "Android 11 Go" üçün yeniləmə nəzərdə tutulub. Təhlükəsizlik sistemi üçün yeniləmələr 3 il ərzində, əməliyyat sisteminin yenilənmələri isə 2 il ərzində əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.