Maraqlı

“Apple” şirkətinin sahibləri öz məlumatlarının ötürülməsindən imtina etmək imkanı əldə edəcəklər

2 Fevral 2021 23:40
Baxış: 599
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Apple"ın istifadəçiləri fərdi məlumatlarının elan verənlərə ötürülüb-ötürülməməsinə özləri qərar verəcəklər. Bu, korporasiya tərəfindən bir gün əvvəl təqdim edilmiş məxfilik konsepsiyasında nəzərdə tutulub.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, indiyədək kənar tərtibatçılar və elan verənlər reklamçılar üçün identifikator (IDFA) vasitəsilə konkret istifadəçinin aktivliyini sərbəst şəkildə izləyə bilirdilər. IDFA "Apple" qurğularına verilən unikal identifikasiya nömrəsidir.

İndi proqram bu identifikatordan istifadə etməyə cəhd etdikdə istifadəçi bildiriş alacaq. Bundan sonra istifadəçi ya razılaşmalı, ya da imtina etməlidir.

Məxfilik seçimi "iOS 14" əməliyyat sisteminin növbəti yeniləməsində əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.