Maraqlı

Volkswagen-dən Project Trinity açıqlaması: YENİ ELEKTROMOBİL GƏLİR

26 Yanvar 2021 20:45
Baxış: 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Volkswagen-in elektrikli avtomobillər seriyasının flaqman modeli olacaq Project Trinity haqqında yeni açıqlama yayılıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin baş icraçı direktoru tərəfindən edilən paylaşımda yeni avtomobilin 3 fərqli vacib elementə sahib olacağı ifadə edilib. Bunlar yeni vasitə arxitekturası, avtonom sürücülük və avtomobil istehsalına yeni yanaşma olacaq.

Açıqlamaya görə, Project Trinity tamamilə yeni elektrikli nəqliyyat vasitəsi platformasına və 2-ci səviyyə avtonom sürücülük xüsusiyyətinə sahib olacaq.

Project Trinity Volkswagen adı altında satışa təqdim ediləcək. Lakin bu modelin Landjet kodlu seriyasının məhsulu olacağı və eyni platformanın Audi, Porsche və Bentley markalarında istifadə ediləcəyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.