Maraqlı

Özcan keçmiş arvadının iddialarına cavab verdi

23 Yanvar 2021 17:06
Baxış: 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni-aktyor Özcan Deniz keçmiş arvadı Feyza Aktanın onla bağlı iddialarına cavab verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda İnstaqramında paylaşım edən sənətçi oğlu üçün susduğunu bildirib. Özcan Feyzanın yalan danışdığını, heç bir iddianı qəbul etmədiyini söyləyib:

"Mediada çıxan, illər əvvəl yaşandığı deyilən, heç bir gerçək tərəfi olmayan, nə üçünsə illər əvvəl yox indi ortaya çıxan iddiaları qəbul etmirəm. "Palçıq at, izi qalsın" fikri ilə edilib. Heç bir qadına şiddət göstərmədim, keçmiş həyat yoldaşıma maddi və mənəvi işgəncə vermədim. Yeni bir layihə təqdim edəcəyim ərəfədə bunların yaşanması başqa bir məsələdir.

Deyəcək çox sözüm var, amma övladıma görə susuram. Gələcəkdə övladımı üzəcək iz qoymaram. Mən bu həyatda ən dəyərli varlığım olan uşağımı düşünürəm. Əlimdən alınmağa çalışılarsa, oğlumu bu çirkin davadan ziyan görmədən qurtarmağa çalışacam. Onun gələcəyini qurmaq, ona maddi və mənəvi bir miras qoymaq üçün işləyirəm. Anası haqda yerli-yersiz danışmadım, danışmayacam da. Bütün baş verənləri məhkəmə yolu ilə araşdırıb, ortaya çıxaracam".

Qeyd edək ki, Feyza Özcanın və qardaşının onu şantaj etdiyini, döydüyünü bildirib. O, məhkəməyə şikayət edərək sənətçi ilə bağlı uzaqlaşdırma qərarı çıxartdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.