Maraqlı

COVID-19-a yoluxma və yoluxdurmanın aşağı olduğu yaş qrupu

20 Yanvar 2021 16:16
Baxış: 957
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada pandemiya səbəbilə bir çox ölkələrdə təhsil distant formada keçilir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ancaq Niderlandda alimlər ibtidai sinif şagirdlərində COVID-19-a yoluxma və ətrafa yoluxdurma imkanının çox az olduğu ilə bağlı araşdırma yayımlayıblar.

NTV xəbər verir ki, tədqiqatçılar 80 yaşdan yuxarı şəxslərin viral yükünün on iki yaşdan aşağı uşaqlardan 12 dəfə çox olduğunu kəşf ediblər.

Aparılan tədqiqatlar çərçivəsində 2020-ci ilin 1 yanvarından 1 dekabrına qədər Şimali Niderlandda 250 min insana COVID-19 testi edilib.

Test edilənlərin 2 500-dən çoxu 20 yaşdan aşağı şəxslər olub ki, onların da 238-i on iki yaşdan kiçik olub. Bu da yuxarıda qeyd edilən nəticəyə gətirib çıxarır.

Bununla birlikdə, nəticələrdən bu qənaətə gəlmək olur ki, uşaqlar yaşlılara nisbətən koronavirusdan daha az təsirlənirlər. Pandemiya boyu uşaqlarda qrip də daxil olmaqla digər tənəffüs yolları xəstəliklərinə yaşlılarla müqayisədə daha az rast gəlinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.