Maraqlı

Xroniki alkoqol hepatiti

21 Yanvar 2021 08:05
Baxış: 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xroniki alkoqol hepatitinin əmələ gəlməsi əksər hallarda uzun müddət qəbul edilən alkoholun qara ciyərə təsirindən meydana çıxır.Xəstəliyin ağırlıq dərəcəsi aşağıdakılardan çox asılıdır:
- alkoqollu içkinin keyfiyyəti
- içki qəbulunun müntəzəmliyi
- gündəlik içki qəbulunun miqdarı
Xroniki alkoqol hepatiti B və C virusları ilə yoluxma nəticəsində əmələ gələn xəstəliklərin də inkişafına səbəb ola bilir.
Alkoqol qara ciyərdə alkoqoldehidrogenaza və sitoxrom P - 450 izofermentlərinin iştirakı ilə mikrosomal oksidləşmə sistemi ilə metobolizə olunur.Bu zaman həddən artıq miqdarda xolesterin və yağ turşuları əmələ gəlir.Yağ turşularının metobolozminin azalması nəticəsində qara ciyərin steatozuna səbəb olan triqliqliserin və aterosklerozun erkən inkişafına səbəb olan digər birləşmələr əmələ gəlir.
Asetaldehidin hepatositləri immun sistem tərəfindən neoantigen kimi qəbul edilir ki,bu da immun mexanizmlərini işə salır,xəstəliyin proqressivləşməsini və qara ciyərin sirrozunun inkişafını şərtləndirir.
Xroniki B,C və D hepatitli xəstələrin çoxunda bioptatın histoloji müayinəsində başlıca olaraq pilləli və ya körpü şəkilli nekrozlar aşkar edilir.
Qara ciyərin alkoqol xəstəliyindən əziyyət çəkən xəstələr üçün makrovezikulyar steatozun(qara ciyərin iri damcılı piylənməsi)olması xarakterikdir.Kəskin alkoqol hepatiti üçün başlıca olaraq sentrolobulyar zonada polimorf hüceyrəli leykositlərdən ibarət leykositar infiltirasiya, həmçinin portal mononuklear iltihab xarakterdir.
Xəstəlik fasiləsiz residivləşən gedişə malik olur və vaxtaşırı kəskinləşir.Alkohol hepatitinin remissiya dövrünün kəskinləşmə dövrü arasındakı növbələşmə 3-6 ay fasilələrlə davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.