Uşaqları xəstəliklərdən qoruyan əsas faktorlar hansılardır? - Pediatr Rəyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İmmunitet - orqanizmin vacib sistemlərindən biri olub, onun yad amillərə, infeksiya törədicilərinə qarşı müdafiəsidir. Körpə doğulduqdan sonra ana südü ilə qidalandırıldıqda, ananın keçirmiş olduğu xəstəliklərə qarşı yaranan immunoqlobinlər ana südü vasitəsilə uşağa keçir. Təbii ki, uşağın həyatının ilk günlərində onu xəstəliklərdən qoruyan ən böyük faktorlardan biri ana südüdür".
Bunu pediatr, Gömrük Hospitalının həkimi Nigar Mirzəyeva bildirib.
Körpə və uşaqların immun sisteminin möhkəmləndirilməsi barədə danışan həkim bildirib ki, bəzən analar südün əkilməsi zamanı aşkarlanmış stafilokokk nfeksiyasına görə ana südü verməkdən imtina edir və ana südündən uşağa mikrob keçəcəyindən qorxurlar:
"Təbii ki, dərimizdə yüzlərlə bakteriya var və südü sağıb analizə verən zaman həmin mikrobların süddə tapılması normaldır. Bunu səbəb gətirərək uşağı əmizdirməyən analar, bununla da körpələrə bir sıra infeksion xəstəliklərin keçməsi riskini artırmış olurlar".
Bəs hansı hallarda ana südü verilməməlidir?
Mütəxəssis həmin halların aşağıdakılar olduğunu deyib:
- Əgər anada aktiv vərəm varsa
- Əgər ana QİÇS xəstəsidirsə
- Əgər ana onkoloji xəstəliyinə görə kimyaterapiya alırsa, bu zaman ana süd verməyə bilər.
Pediatr bildirib ki, uşaqlarda immuniteti formalaşdıran ikinci əsas faktora peyvəndlər aiddir. Vaxtında və düzgün aparılmış vaksinasiya uşaqlarda ağır infeksion xəstəliklərə qarşı immunitet formalaşdırır və onlar bu xəstəlikləri keçirmirlər.
Onun sözlərinə görə, peyvəndlərlə əngəllənə biləcək xəstəliklər, uşaq yaşlarında rast gəlinən və ölüm faizi yüksək olan xəstəliklərdir.
- Ananın hamiləlik dönəmində spirtli içki qəbul etməsi və siqaret çəkmə kimi zərərli vərdişlərinin olması, uşağın immunitetinin düzgün formalaşmamasında rol oynayan faktorlardandır.
- Uşaqlarda düzgün rejimin olması, bol vitaminli meyvə-tərəvəz qəbulu, gün ərzində maye qəbulu - bunlar da immunitetin normal olmasına zəmin yaradan faktorlardır.
Həkim qeyd edib ki, uşaqlar 2-5 yaş arası dövrdə ildə 7-10 dəfə virus infeksiyasına yoluxa bilirlər: "Valideynlər bunun uşaqların immun sisteminin zəif olması ilə əlaqədar olduğunu düşünürlər. Halbuki bu fikir yanlışdır. Bağçaya gedən, toplumla tanış olan uşaqların müxtəlif viruslarla kontaktda olub, onlara tez-tez yoluxması normaldır və bu dövrdə keçirilən infeksiyaların çoxu virus mənşəli olduğundan, lazımsız antibiotik istifadəsi həm antibiotiklərə qarşı rezistenliyin əmələ gəlməsinə, həm də uşaq orqanizmində olan faydalı mikrofloranın məhv olmasına gətirib çıxarır.
Bu dövrdə uşaqların tez-tez xəstələnməsini görən valideynlər, çarəni uşağı bağçadan çıxarmaqda görürlər. Belə olduqda, uşaqlar bağça dönəmində keçirə bilmədikləri virus xəstəliklərini məktəb dövründə keçirir, bu isə uşaqların tez-tez məktəbdən qalması ilə nəticələnir. Ən çox verilən sual isə bu olur-hansı immunitet dərmanı verək ki, uşaq xəstələnməsin? Təbii ki, belə bir dərman yoxdur. Yalnız qeyd etdiyim kimi, vaxtında vurulan peyvəndlər, düzgün qidalanma, düzgün yuxu rejimi, meyvə-tərəvəzə üstünlük vermək-immuniteti yüksək saxlamaq üçün ən gözəl faktorlardır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
XƏBƏR LENTİ
-
Avtomobillərin katalizatorlarını baha edən nədir? - (Video)
-
Eşq iddialarından sonra belə görüntüləndilər - (Foto)
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı





