“Samsung” şirkəti “Galaxy S21” smartfonunu təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Samsung" şirkəti "Galaxy S21" qabaqcıl smartfonlar seriyasını təqdim edib. Təqdimat şirkətin "YouTube" kanalında əlçatandır.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, Cənubi Koreya brendinin yeni aparat xətti qabaqcıl "Galaxy S21" modeli, həmçinin "Galaxy S21 " və "Galaxy S21 Ultra" modellərindən ibarətdir. Satış regionundan asılı olaraq cihazlar "Snapdragon 888" və ya "Exynos 2100" prosessorları ilə təchiz ediləcək. "Dynamic AMOLED 2X" texnologiyası əsasında hazırlanmış displeylər şəkli 120 hersədək tezlikdə yeniləyə bilir.
"Galaxy S21" modeli digərlərindən plastik korpusu ilə fərqlənir. Model 6,2 düymlük ekranla təchiz edilib, "Galaxy S21 " və "Galaxy S21 Ultra" aparatları müvafiq olaraq 6,7 və 6,8 düym diaqonallı ekranlara malikdir. Qabaqcıl modellər 8 QB "LPDDR5" tipli əməli yaddaş və 128-dən 512 QB-dək daxili yaddaşla təchiz edilib. Bütün modellər "5G", "Bluetooth 5.0", "Wi-Fi 6", "NFC" modullarını dəstəkləyir və IP68 standartı üzrə sudan qorumaya malikdir.
"Galaxy S21" və "Galaxy S21 " aparatları 12, 12 və 64 meqapiksellik sensorlardan ibarət üçqat kameraya malikdir və 30 dəfə böyüdən "Space Zoom"u dəstəkləyir. Qabaqcıl "Galaxy S21 Ultra" modelinin arxa panelində 108, 12, 10 və 10 mp təsvir ölçüsünə malik 4 sensordan ibarət kamera yerləşdirilib. Böyük model, həmçinin lazer avtofokusu və 100 dəfə böyüdən "Space Zoom"a malikdir.
Seriyanın standart modelində akkumulyatorun tutumu 4000 milliamper/saat, "Galaxy S21 " modelində batareyanın tutumu 4800 milliamper/saat təşkil edir. "Galaxy S21 Ultra" modelində bu göstərici 5000 milliamper/saatdır.
"Galaxy S21" modelinin qiyməti 799 dollar, "Galaxy S21 " və "Galaxy S21 Ultra" modellərinin qiyməti isə müvafiq olaraq 999 və 1199 dollar təşkil edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
XƏBƏR LENTİ
-
Qranit Caka İsveçrə millisindən uzaqlaşdırıldı
-
Konqres Mərkəzində tüstülənmənin səbəbi bilindi
-
Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
-
Azərbaycanda 883 min nəfərlə bağlı yeni xəbər
-
Bilgəhdə dənizdə batan tələbələrin meyitləri tapıldı - (Yenilənib/Video)
-
Pensiyalar tam ödənildi
-
Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu
-
Salahın foto çəkdirdiyi qaya turistik məkana çevrildi - (Foto)
-
Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?
-
“Real” – “Atletiko” matçının hakimi cəzalandırılacaq
-
Ərdoğandan BMT ilə bağlı mühüm təklif: Veto hüququ ləğv edilsin
-
Bakıda iki uşaq evdə köməksiz qaldı - (Video)
-
Türkiyədə məktəbə silahlı hücum: 4 şagird yaralandı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Maştağada fərdi evdə partlayış - Yaralananlar var - (Video)
-
Bu məktəblər distant təhsilə keçdi
-
3-cü kurs tələbəsi əməliyyatda öldü
-
Tahir Gözəl: "Məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib"
-
Manaf əməliyyat olunan Tacir Şahmalıoğlu ilə - (Video)
-
Bakıda təmir edilən yol yenidən çökdü - (Video)
-
F1-də yarışların məsafəsi qısaldılacaq
-
Qaxda 44 yaşlı şəxs bıçaqlandı
-
Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç olub





