Maraqlı

Məşhur model zibil qablarını qarışdırarkən görüntüləndi - FOTO

15 Yanvar 2021 15:59
Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir zaman dünyaca məşhur model olan Loni Uillison jurnalistlərin obyektinə tuş gəlib. 

Milli.Az unikal.org-a istinadla xəbər verir ki, Kaliforniya ştaında yaşayan model çarəsiz vəziyyətdədir.  Belə ki, o, zibil qutularını qarışdırarkən yaxalanıb. Daha sonra 37 yaşlı Uillison təkərli bir araba ilə bütün əşyalarını özü ilə apardığı görüntülənib. 

Bildirək ki, amerikalı aktyor Ceremy Caksonla 2012-ci ildə ailə həyatı quran model iş həyatını buraxmışdı. Lakin bu evlilik 2014-cu ildə sonlandı. Daha sonra əvvəlki kimi ictimaiyyətdə görünməməyə başlayan Uillison, 2018-ci ildə küçələrdə yaşadığı bəlli olub.

İngiltərənin "The Sun" qəzetinə danışan keçmiş model heç kimdən kömək istəmədiyini bildirib.  

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.