Maraqlı

Koronavirusda dadbilmə itdikdən sonra yanlış müalicələr

9 Yanvar 2021 17:24
Baxış: 1 056
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusa yoluxduqdan sonra qoxu və dadbilmə hissi dəyişə, yaxud yox ola bilər. Onları bərpa etmək üçün spirt, xardal və ya istiot istifadə etməməlisiniz.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyada yüksək kateqoriyalı lor həkim, tibb elmləri namizədi, LOR klinikanın rəhbəri Vladimir Zaytsev xəbərdarlıq edib.

"Bəziləri spirt, xardal, istiot istifadə edirlər, dili ovuşdurmağa çalışırlar. Bu yalnız selikli qişanı qıcıqlandırır, iltihablandırır", - deyə o bildirib.

Həkimin sözlərinə görə, əksinə, pəhriz saxlamaq və yeməyə kəskin ədviyyatlar əlavə etməmək lazımdır.

Həmçinin, ödem əleyhinə preparatlar da kömək edir.

"Dad reseptorları ödemin təsirindən uzaqlaşır, normal işləməyə başlayır", -  deyə Zaytsev izah edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.