Bu il bazarda avtomobillərə olan tələb necə dəyişəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Tarif Şurasının məlumatına görə, 2020-ci ilin 11 ayında ölkəmizə 47 min 841 avtomobil idxal edilib. Sahə mütəxəssislərinin fikrincə, ölkə daxilində istismar edilən avtomobil markaları arasında Toyota, Mercedes, Mitsubishi, Jeep, Lexus daha çox yer alır. Alıcılar bu modelləri öz etibarını qazanmış və əlçatan hesab edirlər.
Maraqlıdır ki, alıcı bazarında 2021-ci ildə avtomobillərə olan tələb necə dəyişəcək? Alıcı tələbi ilə bağlı hansı yeniliklər gözlənilir?
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə danışan nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərov bildirib ki, Tarif Şurasının qərarından sonra Azərbaycanın avtomobil bazarında dəyişiklik olacaq: "Benzin və dizel yanacağı arasında olan qiymət fərqi azadlığına görə, vətəndaşlar təbii ki, benzinlə çalışan avtomobillərə daha çox üstünlük verəcəklər. Əvvəl də benzin mühərrikli avtomobillər prioritet olub, indi isə qiymət fərqi azadlığına görə daha çox vətəndaş benzinlə çalışan avtomobillərə, eyni zamanda, hibrid avtomobillərə üstünlük verəcəklər. Dünyanın aparıcı avtomobil istehsal edən şirkətləri daha çox hibrid və elektromobil maşınların istehsalını artırır. Həmçinin mühərrik həcmi kiçik olan maşınlar da istehsalda böyük yer tutur. İndi Azərbaycanda mühərrik həcmi kiçik olan daha çox qənaətcil avtomobillərə üstünlük veriləcək. Ötən ildən artıq bu tendensiya başlanılıb. Ölkə vətəndaşları hibrid və mühərrik həcmi az olan maşınları seçirlər".
Mütəxəssisin sözlərinə görə, ötən ildən etibarən mühərrik həcmi kiçik olan dizel mühərrikli avtomobillər də ölkə daxilində populyardır: "Lakin bu il dizellə işləyən avtomobillərə tələbat azalacaq. Yanacaq qiymətinin artımı ümumilikdə avtomobil bazarının artıb və ya azalmasına təsir etməyəcək. Yəni, avtomobil bazarı daha böyük faktorlara uyğun olaraq tənzimlənir. Məsələn, bu gün pandemiyaya uyğun olaraq tənzimlənir və postpandemiya dövründə necə olacağı bəlli deyil, lakin 2021-ci ilin tempi, ötən ilin tempi kimi qala bilər. Çox böyük artım və ya azalma gözlənilmir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
XƏBƏR LENTİ
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir





