Maraqlı

Qadınlar üçün girişin qadağan edildiyi ada haqqında MARAQLI FAKTLAR - FOTO

15 Yanvar 2021 22:49
Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanın Halkidiki adasında avtonom bölgə olan Aynoroz dünyada bənzəri olmayan bir özəlliyə sahibdir. Bölgədəki adada yerləşən Athos dağındakı ərazilərə qadınların girməsi qadağındır. Həm də bu qadağa 100 ildən çoxdur ki, tətbiq olunur.

Milli.Az musavat.com-a istinadən Athos dağı ilə bağlı maraqlı faktları təqdim edir:

Yunanıstanın cənubunda yerləşən Aynoroz 390 km-lik bir ərazini əhatə edir. Aynoroz həm də Yunanıstana bağlı olmayan muxtar bir dövlətdir.

Aynoroz 10-cu əsrdə dini bir cəmiyyət olaraq yaranıb və Bizans, Osmanlı, Yunan dövlətlərinin hakimiyyəti dövründə müstəqilliyini qoruyub saxlaya bilib.

Adada 2000 nəfər yaşayır. Əhalinin hamısı kişilərdən ibarətdir. Bölgədəki 20 monastırı təmsil edən 20 nəfərlik bir heyət adaya rəhbərlik edir. Bölgədəki 20 monastırdan ən qədimi, 10-cu əsrdə qurulan Megisti Lavra monastırdır. Buradakı 20 monastırdan 17-si rumların hakimiyyəti altındadır.

Adaya quru yolu ilə getmək mümkün deyil. Yalnız gəmi ilə yaxınlaşmaq mümkündür.

Qadınların girməsinin qadağan olunduğu adaya kişilər də hər istədiyi zaman girə bilməz. Tarixdə yalnız bir qadın Athos dağı monastır icmasının icazəsi ilə bölgəyə ayaq basa bilib. Bu qadın orta əsr Serbiya İmperatoru Helena olub. Helena tarixin ən güclü Serb hökmdarı Dusanın arvadı idi.

Şayiələrə görə, dişi heyvanların da Athos dağında bəslənməsinə icazə verilmir. Bu adada yaşayanların əsas gəlir mənbəyi zeytun və üzümdür.

Gün ərzində yalnız 100 kişi turistə ziyarət üçün icazə verilir. Ayrıca olaraq adanı ziyarət etmək üçün Salonikidən icazə kağızı və xüsusi pin kod alınmalıdır.

Adaya giriş şərtləri arasında daha bir tələb də odur ki, yunan olmayan vətəndaşların da vətənlərinin konsulluğundan bir tövsiyə kağızı və Yunan Xarici Bürosundan icazə almaq lazım gəlir.

Turist olaraq belə səfər etməyin çox çətin olduğu bu adanın müqəddəs olmasının səbəbi isə çox maraqlıdır.

İsa Məsihin anası Məryəm keçirdiyi gərgin bir dəniz səfəri əsnasında bir qədər dincəlmək üçün sözügedən bölgəyə gəlib. Məryəm ana buranı bəyəndiyi üçün adanı "Bakirə Məryəmin bağçası" olaraq adlandırmağa başlayıblar.

Buna görə də keşişlər buraya qadınların girişini qadağan edib. Onlar bu yolla adada sakitçiliyi təmin etdiklərini və Məryəm anaya olan sədaqətlərini ifadə edirlər.

Athos dağındakı ənənələr və qaydalarla bağlı başqa bir maraqlı detal belədir:

Monastırlardakı bir ənənəyə görə adada ölən rahiblər dualarla dəfn olunurlar. Üç il sonra onların qəbirləri açılır, sümükləri çıxarılır və şərabla yuyulur. Sümüklərin rəngi ağararsa, bu, insanın günahsız olması deməkdir. Günahsız rahiblərin kəllələri rəflərə, sümükləri isə fərqli bir yerə qoyulur. Bu, rahiblərə hörmət etmək üçün edilir.

Rahiblər bu ənənəni belə izah edirlər: "Əgər ölümü hər gün xatırlasanız, bu sizi pisliklərdən çəkindirəcəkdir".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.