Maraqlı

Kəklikotu COVID-ə necə təsir edir?

27 Dekabr 2020 20:45
Baxış: 1 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kəklikotu əsrlərdir ki, ən faydalı bitkilərdən hesab olunur. Kəklikotu hər zaman daha çox qrip, zökəmin dərmanı sayılıb. Bu bitkinin tənəffüs yollarından tutmuş, immunitet sisteminə, ürək-damar, diş əti xəstəliklərinə qədər bir çox faydalarının olduğu məlumdur. Pandemiya dövründə sonsuz faydaları olan kəklikotuna tələbat daha da artıb.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan bitkişünas Aktar Özfidancı deyib ki, pandemiya dövründə kəklikotu və kəklikotu yağının satışında ciddi artım yaranıb. O qeyd edib ki, bu bitki həm immunitet sistemini gücləndirir, həm də tənəffüs yollarının xəstəliklərinə yaxşı təsir göstərir. Mütəxəssis deyib ki, hazırda pandemiya dövründə olduğumuz üçün ən vacib məqam immunitet sisteminin güclənməsidir. Onun sözlərinə görə, kəklikotu immun sistemini gücləndirməklə yanaşı tənəffüs sisteminə, ağciyərlərə müsbət təsir edir. Bundan başqa, ürək-damar sistemi, damarların atereosklerozu, qadınlarda menstruasiya pozğunluğu və psixoloji baxımdan narahatlıqlarla bağlı bir çox faydaları var.

Onun sözlərinə görə, pandemiya dövründə otun özünün və yağının satışı ciddi şəkildə artıb. Kəklikotu yağını həm su ilə qarışdırıb, həm də birbaşa içənlər var. Amma kəklikotu ən çox çay-dəmləmə şəklində istifadə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.