Maraqlı

Professor: “Hər kəs daha məsuliyyətli olsa, gözlə görünməyən düşmənə də tezliklə qalib gələcəyik"

27 Dekabr 2020 22:15
Baxış: 1 018
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İnsanlar özlərinin və ətrafdakıların sağlamlığına səhlənkarcasına yanaşmamalı, təhlükəli virusdan qorunmaq üçün məlum qaydalara ciddi əməl etməlidirlər".

Bunu ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev deyib. Professor hər kəsi tibbi qaydalara riayət etməyə cağırıb: "44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi möhtəşəm birlik və səfərbərlik dünyaya bir örnək oldu. Vətəndaşları COVID-19 virusu ilə mübarizədə də birgə olmağa, mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram. Hər kəs daha da məsuliyyətli olsa, şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etsə, bu gözlə görünməyən düşmənə də tezliklə qalib gələcəyimizə inanıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.