Maraqlı

Smartfon vasitəsi ilə genomu analiz etmək mümkün olacaq

17 Dekabr 2020 22:15
Baxış: 581
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər "iPhone" vasitəsi ilə genomu analiz etməyə imkan verən tətbiqetmə hazırlayıb. DNT-ni təyin etməklə cihaz, bir genetik cib laboratoriyasına çevrilir. Son illərdə DNT-nin oxunma texnologiyaları sürətlə inkişaf edir. Bir neçə il əvvəl DNT-ni təyin etmə aparatının çəkisi üç kiloqrama yaxın idi. Hazırda "Oxford Nanopore" şirkəti ovuca sığan və 100 qr-dan az olan cihaz təqdim edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, genomu təyin etmə aparatı yalnız genomun biyokimyəvi hissəsinin təyin edilməsini həyata keçirir. Əldə edilən məlumatların işlənməsinə ehtiyac var və bu kifayət qədər çox hesablama tələb edir. Hələ son zamanlara qədər, bunun üçün ən azı yüksək performanslı bir notbuk və ya tam bir sever lazım olardı. İndi lazımi hesablamaları adi bir smartfon həyata keçirə bilər. Bununla birlikdə, yeni proqram yalnız "iPhone" istifadəçiləri üçün mövcuddur. Çoxsaylı genomlar üzərində təcrübələr göstərdi ki, yeni tətbiqetmə məhsuldarlığı ilə böyük analoqları müqayisə olunur. İstifadəçinin yalnız pulsuz "iGenomics" tətbiqetməsini yükləməsi və serverə simsiz qoşulması lazımdır. İstehsalçılar bütün hesablamaların uzaq serverlərdə deyil, cihazın özündə aparıldığını vurğulayır. Buna görə "iGenomics" internet bağlantısı olmadan da işləyə bilər. Yaxın gələcəkdə tətbiqetmənin digər cihazlar üçün buraxılması da göslənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.