Maraqlı

Hindistanda “iPhone” istehsalı zavodu dağıdılıb

17 Dekabr 2020 19:30
Baxış: 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hindistanın Karnataka ştatında işçilər "Apple" smartfonlarının istehsal olunduğu zavodun ofisini dağıdıblar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Wistron Corp" şirkətinin ştatda yerləşən zavodunun qarşısına toplaşan minə yaxın insan əməkhaqqını tam almamasından şikayət edərək borcun ödənilməsini tələb edib. Münaqişənin iğtişaşlara çevrilməsi nəticəsində işçilər tərəfindən bir avtomobil yandırılıb. Daha sonra polis dəyənəklərdən istifadə edərək etirazçıları dağıdıb.
 
Qeyd edək ki, Tayvanın "Wistron Corp" şirkəti ABŞ-ın "Apple" korporasiyasının podratçısı qismində çıxış edir. Onun Karnataka ştatındakı zavodunda ucuz "iPhone SE" smartfonları istehsal olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.