Maraqlı

SpaceX-in Starship gəmisi sınaq zamanı partladı

15 Dekabr 2020 23:10
Baxış: 962
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SpaceX Starship gəmisinin prototipi Texasdakı növbəti sınaq uçuşu zamanı partlayıb. Gəmi 12,5 km yüksəkliyə qalxıb, sönüb və sonra mühərrikləri yenidən işə salıb, lakin yüksək sürət səbəbiylə eniş zamanı partlayıb.

Elon Musk testləri uğurlu adlandırdı. "Mars, biz gəlirik!" - deyə Twitter-də yazdı və SpaceX komandasını təbrik etdi. SpaceX rəhbəri sınaq uçuşu zamanı "bütün lazımi məlumatlar" əldə edildiyini vurğuladı.

Milli.Az techland.az-a istinadən bildirir ki, partlayış yanacaq çənindəki təzyiqin azalması səbəbindən meydana gəlib.

Starship hazırda inkişaf mərhələsində olan yeni kosmik gəmidir. Elon Musk bildirir ki, Starship, "dünyanın indiyədək hazırlanmış ən güclü raket aparatına" sahib olacaq".

Bundan əvvəl Elon Musk, Mars Society Convention 2020-dəki video konfrans zamanı Starship raketinin 2024-cü ildə Marsa uça biləcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.