Maraqlı

Hətta yüngül keçirilsə belə koronavirus orqanizmi qocaldır

5 Dekabr 2020 16:30
Baxış: 994
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yüngül formada keçirilsə belə koronavirus infeksiyası bədənin erkən yaşlanmasına gətirib çıxarır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiya Məktəbinin professoru Ança Baranova xəbərdarlıq edib.

O, noyabr ayında COVID-19-u orta və yüngül formada keçirən insanları müayinə edən bir qrup həkimin işinin nəticələrinin dərc edildiyini vurğulayıb.

"Xəstəliyi yüngül keçirən insanların 70 faizində bəzi daxili orqanların patologiyası müşahidə olunub. Amma əsas patologiya ürəklə bağlı deyil, əsasən yağlı hepatoz (qaraciyər əziyyət çəkir) və mədəaltı vəzin toxumasının yağ degenerasiyası idi. Adətən bu cür diaqnozlar 60 yaşında qoyulur, koronavirusu keçirən insanlarda isə bu göstərici 40 yaşdır", - deyə o vurğulayıb.

"Deyərdim ki, koronavirus qocalığımızı daha da yaxınlaşdırır", - deyə Baranova əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.