Maraqlı

“Google”un əməkdaşı “iPhone”da təhlükəli boşluq aşkar edib

5 Dekabr 2020 21:50
Baxış: 864
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"un kibertəhlükəsizlik bölməsinin əməkdaşı İen Bir "iPhone"da təhlükəli boşluq aşkar edib. Bu barədə "Google Project Zero" saytında məlumat verilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki,  İen Bir "iOS" əməliyyat sistemində "sıfır gün" (zero day) boşluqlarına aid olan təhlükəli boşluq aşkar edib. Bu boşluq hakerə "iPhone" cihazına məsafədən qoşulmağa imkan verir. "Google"un əməkdaşı qurğuya qoşula, elektron poçtu oxuya, şəkilləri yükləyə, həmçinin kameraya və mikrofona çıxış əldə edə bilib.
 
Sözügedən boşluq "iPhone", "iPad", "Mac" kompüterləri və "Apple Watch" "ağıllı" saatlarının öz aralarında əlaqə qurmaq üçün istifadə etdikləri "AWDL" (Apple Wireless Direct Link) protokolunda aşkar edilib. Bu halda qurğunun sahibi müdaxilə izini aşkar edə bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.