Maraqlı

Redmi Note 9 seriyasının təqdimat tarixi bilindi

24 Noyabr 2020 21:20
Baxış: 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xiaomi şirkəti Redmi Note 9 seriyasının təqdimat tarixini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, noyabrın 26-da təqdim ediləcək seriyada Note 9 Pro və Note 9T smartfonları olacaq.

İddiaya görə, seriyada yer alan Note 9 Pro telefonu, xüsusən diqqət çəkəcək.

Belə ki, smartfonda 6,67 düymlük, 1080×2400 parlaqlığa malik, 120 Hz yenilmə gücündə ekran yer alacaq. Snapdragon 750G prosessorundan güc alacaq model 8 GB əməli, 64/128/256 GB daxili yaddaşa sahib olacaq.

108 MP əsas, 8 MP 120 dərəcəlik ultrageniş obyektiv, 2 MP dərinlik, 2 MP makrosensoru quraşdırılacaq. Ön kamera isə 16 MP gücündə olacaq.

Qeyd edək ki, telefonların qiyməti barədə hələlik açıqlama verilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.