Maraqlı

Cənubi Koreya televiziyasında süni intellekt xəbər aparıcısı olub

24 Noyabr 2020 22:10
Baxış: 846
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Süni intellekt və neyroşəbəkələr əsasında işləyən kompüter alqoritmləri ildən-ilə daha da inkişaf edir və bir çox işlərdə insanları əvəz edir. Cənubi Koreya tədqiqatçıları yerli xəbər kanalında çalışan süni zəka texnologiyasına əsaslanan jurnalist hazırlayıblar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, hər kəs internetdən xəbər oxumağa üstünlük vermir: bir çox insanlar xəbərləri televiziya kanalından dinləməyə üstünlük verirlər. Diktor və jurnalistlər gözəl görünüşə, materialı fərdi təqdimetmə tərzinə malikdirlər, bir sözlə, insanı əvəz etmək elə da asan deyil. Ancaq bu yaxınlarda Cənubi Koreyada kabel televiziya kanalında süni intellekt xəbər aparıcısı olub.
 
AI Kim süni intellekti Cu-ha adlı həqiqi xəbər aparıcısının əsasında işlənib hazırlanıb. Süni intellekt 10 saat ərzində öz real prototipinin səs detallarını, danışıq tərzini və üz ifadələrini öyrənib. Bundan başqa, o, dodaq hərəkətlərini, mimikanı və hətta bədən hərəkətlərini təqlid edir. Bir sözlə, süni intellekt real insandan, demək olar ki, fərqlənmir.
 
Tədqiqatçılar bildiriblər ki, Kim 24/7 rejimində xəbər aparıcısı olacaq ki, bu da adi insan üçün əlçatmazdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.