Maraqlı

Bu iki sadə komponentin qarışığı ayaq dırnaqlarındakı göbələk xəstəliklərini sağaldır

24 Noyabr 2020 08:05
Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayaq dırnaqlarının rənginin dəyişməsi, onun qalınlaşması və qaşınmalar göbələk infeksiyasının əlamətləridir. Statistikanın hesablamaları Yer kürəsi əhalisinin hər 5 nəfərindən biri ayaq və dırnaq göbələklərindən əziyyət çəkir.
Köhnə, nimdaş ayaqqabı, immunitetin aşağı düşməsi, ayaqların çox tərləməsi, ayaqlara düzgün qulluğun edilməməsi ayaq göbələklərinin əmələ gəlməsinə səbəb olur. Əgər sizdə də göbələk xəstəliyi və ya ona şübhə varsa, o zaman aşağıdakıları oxuyun və dərhal əməl edin. Bu təbii vasitə sizə çox yardımçı olacaq.
Qida sodası və alma sirkəsi
Bu iki təbii məhsuldan bütün evlərin mətbəxində var. Bunların qarışımından hazırlanan məlhəmlə ayaq barmaqlarının arasındakı göbələk xəstəliyindən və dırnaq göbələklərindən xilas olmaq olur. Bir pay alma sirkəsi və 3 pay isti su götürülüb qarışdırılır, ayaqlar 20 dəqiqə vanna edilir. Sonra başqa bir vannada ayaqlar isti sodalı suda vanna edilir. Bu zaman ayaqlar sodalı suda 15 dəqiqə saxlanılır, çıxarıldıqdan sonra qurudulur. Ayaqlar və barmaqların arası yaxşı qurudulduqdan sonra çayağacı yağı sürtə bilərsiniz.
Hər axşam yatmazdan əvvəl bu üsulla vanna etsəniz ayaqlarınızda və dırnaqlarınızda olan göbələk xəstəliyindən 10-15 gün ərzində xilas ola biləcəksiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.