Maraqlı

ABŞ-ın yeni sistemi istənilən helikopteri PUA-ya çevirir

7 Noyabr 2020 21:50
Baxış: 1 278
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın dəniz piyadaları üçün yaratdığı yeni sistem istənilən helikopteri pilotsuz uçuş aparatına çevirməyə qadirdir.

2012-ci ildə ABŞ Hərbi Dəniz Tədqiqatları idarəsi Hərbi Hava Qüvvələrinin helikopterləri üçün muxtar uçuşu təmin edəcək sistemin yaradılması üzrə beşillik proqrama başladı.

Hazırda "Boeing" korporasiyasına daxil olan "Aurora Flight Sciences" şirkəti PUA-ların yaradılması üzrə liderlərdən birinə çevrilərək yeni sistemin nümayişini keçirir.

Mütəxəssislər dəniz piyadalarının UH-H1 helikopterini AACUS (Autonomus Aerial Cargo Utility System) sistemi ilə təchiz edərək onun PUA-ya çevrilməsini təmin ediblər.

Qeyd edək ki, cari proqramın yaradılması barədə fikirlər dəniz piyadalarının Əfqanıstan və İraqda üzləşdiyi çətinliklərlə üzləşməsindən sonra yarandı. Riski minimuma endirmək üçün "Aerora Flight Sciences" şirkətini mütəxəssislərinə helikopteri PUA kimi istifadə etməyə imkan verən sistemin yaradılması tapşırıldı.

Helikopterlərin PUA qismində istifadəsinə imkan yaradan AACUS sisteminə lidar və videokamera, GPS sistemi quraşdırılıb.

Hazırda sınaqları keçirilən sistemin nəticələri uğurlu olarsa, artıq onların növbəti ildən etibarən orduda istifadə ediləcəyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.