Maraqlı

Xiaomi iPhone12 üçün şarj aləti istehsal edəcək

5 Noyabr 2020 23:50
Baxış: 1 093
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple-ın iPhone12 qutusundan şarj alətini ləğv etməsindən sonra bir sıra texnoloji şirkətlər hərəkətə keçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu nəzərə alan Xiaomi şirkəti iPhone 12 üçün şarj aləti istehsalına başlayıb.

Xiaomi-nin sözügedən şarj aləti qiymətinin 5 dollar olması ilə diqqət çəkib. Cihaz birdən çox enerji protokoluna sahib olduğu üçün digər şirkətlərin istehsal etdiyi smartfonlara da uyğun gəlir.

20W-luq ağ rəngli şarj aləti 43,8 qram ağırlığa sahibdir.

Qeyd edək ki, sözügedən şarj aləti ilk dəfə Çində satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.