Maraqlı

Kəllə beyin travmasının nəticələri

31 Oktyabr 2020 08:35
Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyin travması keçirmiş adamlarda bir-neçə ay ərzində diffuz baş ağrıları baş verə bilir.Bu ağrılar bəzən səhərlər baş versə də,çox vaxt gün ərzində gərginlik,narahatlıq törədir.Beyin travması almış xəstələrdə baş ağrıları aşağıdakı hallarda meydana çıxa bilir:
* gün altında qaldıqda
* gərginlik yaşadıqda
* alkoqol qəbulu zamanı
* aşağı əyilən zaman
Beyin travması almış xəstələrdə bəzən zədə nahiyəsində lokallaşmış baş ağrıları meydana çıxır.Zədələnmə xəstələrdə ən çox baş gicəllənməsi,baş hərlənməsi,yeriş zamanı səndələmək,cəld hərəkətlər və yerdən qalxan zaman qətiyyətsizlik müşahidə olunur.Belə xəstələrdə bəzi beyin əlamətləri meydana çıxır:
* yaddaşın pozulması
* diqqət toplamaqda çətinlik
* tez yorulmaq
* əsəbilik
Ağır kəllə beyin travması zamanı kəllə sinirlərinin zədələnməsi,hemiparez şəklində beyin pozulmaları müşahidə edilə bilir.Bəzən xəstələrdə hissiyyat və nitq pozulmalarına təsadüf edilir.
Kəllə beyin travması zamanı bəzən xəstələrdə şəkərsiz diabet müşahidə olunsa da bu yalançı əlamətlər hesab edilir və müvəqqəti xarakter daşıyır.
Şüurun pozulmasının dərinliyindən və ağırlığından asılı olaraq travmadan sonrakı ensefalopatiyanın baş vermə tezliyi artır.
Ensofalopatiya yaddaşın pozulmasına,şəxsiyyətin dəyişilməsinə,kəllədaxili təzyiqin pozulmasına səbəb olur.Ensofalopatiyanın klinikasının gedişi travmanın ağırlıq dərəcəsindən asılı olur.
Kəllə beyin travmalarının əlamətləri zədə dəydiyi andan 2 il və daha artıq bir zaman sonra meydana çıxa bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.