Kəskin prostatit
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prostatit kişilərdə cinsiyyət vəzinin çox nadir təsadüf olunan iltihabİ xəstəliyidir. İnfeksiya prostat vəzinə kanalikulyar yolla sidik kanalında, sidik kisəsində iltihab olduqda daxil olur. Təsadüfi hallarda mikroblar irinli-iltihabi ocaqlardan ( frunkul, karbunkul, haymorit, angina, pnevmoniya) keçir. Postat şirəsi bakteriosit təsirə malikdir. Ona görə də vəzidə iltihabi prosesin inkişafı üçün sekretin durğunluğu və venoz stazın yaranması kimi faktorlarn olması lazım gəlir. Bunlar da soyuqdəymə, qəbzlik, həddən artıq alkohol istifadəsi, hipodinamiya zamanı müşahidə olunur. Prostat əksər hallarda stafilokokk, streptokokk, bağırsaq çöpləri, pnevmokokk, göy irin çöpləri, trixamonada tərəfindən törədilir. Gedişinə görə iki cür olur:
1) kəskin prostatit
2) xroniki prostatit
Kəskin prostatit zamanı siyimə aktı ağrılı olur, xüsusən ağrılar gecə müşahidə olunur. Prostat vəzinin sekretinin müayinəsində çoxlu miqdar sekretinin tapılması, selikli-irinli sapların olması müşahidə edilir. Xəstələr aralıqda olan küt, sızıldayıcı ağrılardan və onların cinsiyyət üzvünün ucuna və arxa keçəcəyinə sirayət etməsindən şikayət edirlər. Siyimə aktı tezləşir, ağrılı olur və çətinləşir. Bədən hərarəti 38-39 dərəcəyə qədər artır. Digital-rektal müayinədə prostsat vəzi ölçülərinin asimmetrik böyüməsi, ağrılı olması və bərkiməsi müşahidə edilir. Prostat vəzin müayinəsindən sonra sekretdə çoxlu miqdarda irin sapları və mikroskopik müayinələrdə leykositlər tapılır. Xəstələrdə üşütmə, ümumi zəiflik, susuzluq, iştahanın itməsi, ağrılı sidiyə getmə, defekasiya aktının çətinləşməsi və bəzən hətta sidik tutulması müşahidə olunur.
Diaqnozu:
Kəskin prostatitin diaqnostikası xəstənin anamenezinə, şikayətlərinə əsasən qoyulur. Prostatt vəzin barmaq müayinəsi zamanı böyüməsi və ağrılı olması aşkar edilir, prostat sekretində leykositlərin sayı artır. USM müayinəsi də diaqnostikada böyük rol oynayır.
Müalicəsi:
Kəskin prostatit üçün xəstələrə yataq rejmi tövsiyyə olunur. Pəhrizdə kəskin qıcıqlandırıcı yeməklər rejimdən kənar edilir. Kəskin təsirə malik antibiotiklərlə və ftorxinolonlarla müalicə aparılır. Xəstədə ağrılı siyimə varsa rektal şamlardan istifadə olunur. Aralıq nahiyəsinə qızdırıcı kompres, isitqac və isti vannalar təyin olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
XƏBƏR LENTİ
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb





