“Huawei” şirkəti qabaqcıl “Mate 40 Pro” smartfonunu təqdim edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Huawei" şirkəti ən yeni "Kirin 9000" platforması ilə işləyən qabaqcıl "Mate 40" smartfonlar xəttini nümayiş etdirib. "Huawei Mate 40", "Mate 40 Pro", "Mate 40 Pro " və "Mate 40 RS Porsche Design" smartfon modelləri onlayn təqdimat zamanı nümayiş etdirilib.
Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfonlar 5 nanometrlik texnoloji prosesə əsaslanan və "Huawei" şirkəti tərəfindən hazırlanmış "Kirin 9000" platforması ilə işləyir. Bu çipin maksimal takt tezliyi 3,13 QHs təşkil edir. "Mali-G78" videosürətləndiricisi 24 nüvə ilə təchiz edilib. Bütün smartfonlar "5G" rabitə şəbəkəsində işləyir.
"Huawei Mate 40" və "Mate 40 Pro" modelləri 1080x2376 piksel təsvir ölçülü 6,5 düymlük OLED ekran, böyük modellər isə 1344x2772 piksel təsvir ölçülü 6,76 düymlük ekranla təchiz edilib. Bütün modellər təsviri yalnız 90 hers tezlikdə yeniləyə bilir.
Bütün smartfonlar 50 mp-lik əsas fotosensora malikdir. Optik sabitləşmə və lazer avtofokusu var. İkinci sensor 20 mp-lik genişbucaqlı obyektivdir. Kiçik versiya avtofokussuz 16 mp-lə kifayətlənir, amma "Mate 40 Pro"da "balıq gözü" effektini azaldan xüsusi şüşə tətbiq ediblər.
Optik zuma malik üçüncü sensorun imkanları modeldən modelə fərqlənir. Bu, "Mate 40" aparatında 8 mp-lik təsvir ölçüsünə və üçqat optik zuma malik sensordur. "Mate 40 Pro" modelində 5 qat zuma malik 12 mp-lik sensor tətbiq edilib.
Əməliyyat sistemi kimi "Android 10" əsasında işləyən "EMUI 11" interfeysi istifadə edilir. Əlbəttə ki smartfon "Google" xidmətlərinə çıxış imkanına malik deyil.
"Huawei Mate 40" modeli 4200 milliamper/saat tutumlu akkumulyator, digər modellər isə 4400 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Kiçik modeldə simli enerjidoldurmanın gücü 40 vatt təşkil etdiyi halda, böyük modellər artıq 66 vatt ilə işləyir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
XƏBƏR LENTİ
-
Telefonu uşağın əlindən almağın ən doğru yolu - ekspert açıqladı
-
Eşidənlər gecələr tualetə duz tökməyə başlayıb
-
Eynəkləri, damcıları kənara qoyun: Qədim Tibet rahiblərinin "qartal gözü" bəxş edən 3 dəqiqəlik ritualı
-
Əhvalı yaxşılaşdırmağın gözlənilməz yolu
-
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
-
Alkoqolu hansı məşhur içkilərlə qarışdırıb içmək olmaz?
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)





