Maraqlı

Körpəlikdə qəbul edilən antibiotiklər sonradan nəyə səbəb olur?

24 Oktyabr 2020 22:50
Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ehtiyac olmadan, gərəksiz yerə antibiotik istifadəsinin ən çox uşaqlarda ağır fəsadlara səbəb olduğu məlumdur. Son illərdə antibiotiklərin əlavə təsirləri ilə bağlı bir çox araşdırmalar aparılır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, daha bir tədqiqat Koreya alimləri tərəfindən aparılıb və nəticələri ictimaiyyətə açıqlanıb. Seul Milli Universiteti Xəstəxanasının professoru Park Sang-minin rəhbərlik etdiyi qrup tərəfindən aparılan araşdırma körpəlik dövründə antibiotik istifadəsinin uşaqlarda kökəlməyə səbəb olduğunu sübut edib.

Tədqiqat çərçivəsində, 2008-2012-ci illər arasında körpəlik dövründə müayinə olunan 31 min 733 uşaq müşahidə edilib və doğuşdan sonrakı ilk 24 ayda antibiotik istifadəsinin uşaqların piylənməsinə təsiri analiz edilib.

Alimlərə görə, bu dövrdə nə qədər çox antibiotik istifadə olunsa, piylənmə riski bir o qədər artır. Mütəxəssislər ilk 6 ayda ilk antibiotik qəbul edən uşaqlarda piylənmə ehtimalının 18-24 aylıq dövrdə qəbul edənlərə nisbətən 33 faiz daha yüksək olduğunu bildiriblər.

Tədqiqat körpəlikdə ən azı 5 antibiotik müalicəsi alanların, piylənmə  riskinin yalnız bir dəfə antibiotik qəbul edənlərə nisbətən 42 faiz daha yüksək olduğunu aşkar edib. Antibiotik istifadəsi bağırsaq florasını zədəlir bu isə piylənməyə təsir edən, onu sürətləndirən amilə çevrilir.

"Bu araşdırma, antibiotik istifadəsi ilə uşaqlıq piylənməsi arasında əlaqəni olduğunu 30 mindən çox geniş bir nümunədə göstərdi", professor Park Sang-min bildirib.

Uşaqlarda piylənmənin yüksək qan təzyiqi, diabet, hiperlipidemiya və metabolik sindroma yol aça biləcəyi və uşaqlıqda kök olan hər 3 nəfərdən birinin yetkinlik yaşında bu problemlə mübarizə apardığı vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.