Ultrasəs müayinəsi tamamilə zərərsizdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, USM tamamilə zərərsizdir. Bunu həkim-sonoloq, Mərkəzi Gömrük Hospitalının mütəxəssisi Tükəzban Abdullayeva bildirib.
Milli.Az e-tibb.az-a istinadən onun "USM müayinsindən vaxtaşırı keçmək nəyə görə lazımdır" sualına cavabını təqdim edir:
Hazırda Ultrasəs müayinəsi (USM) tibbdə aparılan əsas müayinə üsullarından biridir. Bu metod orqanizmə heç bir zərər yetirilmədən həyata keçirilir və daxili orqanlar haqqında dəqiq məlumat verilməsini, xəstəyə düzgün diaqnoz qoyulmasını mümkün edir. USM daha çox qaraciyər, öd kisəsi, mədəaltı vəzi, dalaq, böyrəklər, sidik kisəsi, prostat, uşaqlıq və yumurtalıqlar kimi daxili orqanların görüntülənməsi üçün istifadə edilir.
Pasiyentlər adətən hər hansı orqanda, məsələn, qarın boşluğunda olan ağrılar zamanı, boyunda ələ gələn şişkinlik, süd vəzilərində ağrılı nahiyə və ya ələ gələn şişkinlik olduqda müraciət edirlər. Təəssüflər olsun ki, çox az hallarda hec bir şikayəti olmadan müayinəyə gələnlər olur. Nəzərə almaq lazımdır ki, insan orqanizmində gizli başlayan xəstəliklər də olur.
Bəzi onkoloji xəstəliklər, məsələn, süd vəzi xərçəngi ildən-ilə cavanlaşır. Hazırda bu xəstəliyə tutulanlar arasında hər yaş qrupundan olan insanlar var. Heç kim heç bir xəstəlikdən sığortalanmayıb. Məsləhət görərdim, hər kəs heç olmazsa özünü ildə 1 dəfə profilaktik müayinə etdirsin. Çünki bəzi xəstəliklər ağrısız, bədəndə hər hansı əlamət olmadan başlayır və pasiyent vaxtında USM müayinəsindən keçərsə, hər hansı xəstəlik vaxtında aşkarlana bilər.
Düzdür, insanların çoxu USM-in orqanizmə zərər verəcəyindən narahatdırlar. Bir həkim kimi deyə bilərəm ki, USM tamamilə zərərsizdir. Belə olmasaydı, həkimlər hamilə qadınları bəzən hər gün, bəzən də günaşırı USM-dən, dopplerdən keçirməzdilər. Sonda demək istərdim ki, USM bir profilaktik müayinə kimi çox əvəzsiz metoddur. Hamının mütəmadi olaraq USM müayinəsindən keçməyi məsləhətdir. Belə ki, hər erkən diaqnostika vaxtında müalicə aparılmasını və xəstənin sağalmasını təmin edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!





