Maraqlı

Ayda mobil rabitəni Nokia idarə edəcək

22 Oktyabr 2020 20:10
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Milli Aeronavtika və Fəza Administrasiyası Ayda quracaqları LTE/4G mobil rabitə şəbəkəsinin operatoru olaraq Nokia şirkətini seçib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Nokia şirkətinin yeni texnologiyaları 2022-ci ilin sonunda Ayın səthində ultrayığcam, qənaətcil enerji sərfinə malik LTE şəbəkəsini yaradaraq qurulması üçün istifadə olunacaq.

Həmin texnologiyalar İntuitive Machines şirkətinin xüsusi fəza cihazına quraşdırılaraq Aya çatdırılacaq.

Ayda qurulacaq mobil rabitə şəbəkəsi məlumatların və yüksək təsvir çözümünə malik videomaterialların ötürülməsi, gəzici cihazları məsafədən idarə edilməsi üçün istifadə edilərək insanların Ayda uzun müddət qalması üçün zəruridir.

Qeyd edək ki, mobil rabitə, sabit rabitə şəbəkələri, geniş zolaqlı internet və İP üçün texnoloji avadanlıq istehsal edən Nokia şirkətinin səhmləri Nyu-York, Helsinki, Frankfurt-Mayn fond birjalarında yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.