Maraqlı

ABŞ ordusu dəqiq zərbələrin endirilməsi üçün süni intellektdən istifadə edəcək

20 Oktyabr 2020 20:20
Baxış: 1 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"C4ISRNET" nəşrində dərc olunan məqalədə ABŞ ordusuna şərti düşmənin mövqelərinə dəqiq zərbələrin endirilməsi üçün peyk və süni intellektdən istifadəyə imkan verən "Project Convergence" alqoritmi haqqında danışılıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aşağıorbitli peyklər döyüş meydanından görüntülərin əldə olunması üçün istifadə edilir. Müvafiq məlumatlar "Tactical Intelligence Targeting Access Node" (TITAN) yerüstü data mərkəzinə daxil olduqdan sonra orada qarşı tərəfin obyektlərinin yerləşdiyi yeri müəyyənləşdirən "Prometheus" süni intellekt sistemi tərəfindən emal edilir. Sonra həmin koordinatlar komanda məntəqəsinə ötürülərək "Tactical Assault Kit" sistemi tərəfindən emal olunur.

Məlumata görə, sistem düşmən obyektinə zərbənin endirilməsi üçün hansı silahın lazım olduğunu müəyyənləşdirə bilir. "Operator tövsiyələri razılaşdırır və tuşlama haqqında məlumatlar zərbənin endirilməsi üçün silah sisteminə və ya hərbi qulluqçuya göndərilir", - məqalədə qeyd olunur.

Proses çətin görünməsinə baxmayaraq bütün əməliyyatlar bir göz qırpımında yerinə yetirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.