Ford "qaynar" Puma ST krossoverini təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ford şirkəti Avropada satılacaq Ford Puma ST krossoverini təqdim edib. "Qaynar" krossover 200 at qüvvəli turbomühərrikə və tərkibinə aerodinamik kuzov dəsti, Recaro oturacaqları, yenidən tənzimlənmiş şassi və opsional lonç-kontrol daxil olan "idman" atributlarına sahib olub.
Ford Puma ST krossoveri standart Puma modelindən başqa bamperləri, buraxılış sisteminin bir çıxış borusunun əvəzinə cütlənmiş iki boru, damdakı qara spoyleri, Michelin Pilot Sport 4S şinləri otaxılmış 19-düymlük diskləri və xüsusi açıq yaşıl Furious Green Metallic rəngi ilə fərqlənir. Texniki dəyişikliklərə daha sərt asqı, özü kilidlənən differensial, 17% böyüdülmüş əyləc diskləri (öndə 325, arxada isə 271 millimetrlik) və yenidən tənzimlənən sükan idarəetməsi daxildir.
Puma ST modelinin hərəkət elektronikası dörd hərəkət rejiminə malikdir: Normal, Eco, Sport və Track. Sonuncu rejimdə dartmaya nəzarət sistemi söndürülür və ESP sisteminin fəaliyyəti məhdudlaşdırılır.
"Qaynar" krossover in təchiz edildiyi1,5-litrlik EcoBoost turbomühərriki 200 at qüvvəsi və 320 Nm fırlanma anı hasil edir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu ilə tandemdə çalışır. Dinamika baxımından "qaynar" krossoveri Fiesta ST hetçbeki ilə müqayisə etmək olar: hər iki model yerindən 100 km/saat həddinə sürətlənməyə 6,7 saniyə sərf edir, krossoverin maksimal sürəti isə bir qədər azdır: 220 km/saat (- 12 km/saat).
Ford Puma ST modelinin təchizatına 12,3-düymlük rəqəmsal cihazlar paneli, səkkiz düymlük sensorlu ekranlı və Android Auto və Apple CarPlay dəstəyi olan Sync 3 multimediya sistemi, adaptiv kruiz-kontrol, B&O səs sistemi, smartfonların simsiz doldurulması sistemi və bir sıra elektron köməkçilər daxildir.
Avropadakı dilerlər artıq "qaynar" krossoverə sifarişləri qəbul edirlər. Böyük Britaniyada Puma ST modelinin qiyməti 28.500 funt sterlinqdən başlayır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)





