“Ağıllı” idman dəsti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İdmançılar bədənlərinin imkanlarını inkişaf etdirmək üçün davamlı məşq etməli olurlar. Ancaq bunun üçün əvvəlcə mövcud güc ehtiyatını dəyərləndirmək lazımdır.
Milli.Az ted.az-a istinadən bildirir ki, Sinqapur Milli Universitetindən (NUS) bir qrup tədqiqatçı, smartfonla əlaqəli işləyən və idmançılara onurğa, bədən temperaturu və qaçış tempi kimi fizioloji məlumatları çatdıra bilən bir dəst hazırlayıb.
İdmançıların sağlamlıq göstəricilərini - kiçik fitness izləyicilərindən başlayaraq, klinik monitorinq avadanlıqlarına qədər izləmək üçün müxtəlif cihazlardan istifadə olunur. Fitness izləyicilərinin yığcam və yüngül olmasına baxmayaraq, yalnız bir nöqtədən məlumat toplamaq mümkündür. Tibbi müayinə aparatlarına bədənin müxtəlif nöqtələrindən məlumat toplamaq üçün bir neçə sensor daxildir. Bu ideal sistem, açıq havada idmançının bədənindəki fərqli nöqtələrdə birdən çox sensordan məlumat toplayaraq ölçüsünü, çəkisini və tellərin sayını minimuma endirir.
Dosent Con Ho-nun rəhbərliyi altında NUS Sağlamlıq İnnovasiya və Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı, elektromaqnit siqnallarını bir metr məsafədə olan bədəndəki sensorlara ötürmək üçün internet kimi struktur yaradıb. Qadcet bütün kostyuma güc və məlumat ötürülməsini təmin edir.
NFC texnologiyasına əsaslanan geyimin hazırlanması təxminən iki il çəkib. Con Ho bildirib ki, ağıllı dəst həm enerji mənbəyi, həm də sensor məlumatlarına baxmaq üçün ekran rolunu oynayan ən müasir smartfonlarla işləyir. Bir ağıllı telefonun daxili simsiz texnologiyası ilə təchiz edilə bilən ağıllı dəst yaradılması böyük bir irəliləyişdir.
Yeni texnologiya necə işləyir?
Geyim dəsti, lazımi yerlərdə konsentrator kimi işləyən hörümçək toru naxışı ilə tikilir. Bu nöqtələrdə yerləşən sensorlar məlumatları smartfona ötürə və NFC çipindən güc alaraq, batareyalara ehtiyacı aradan qaldırır, çəkini azaldır və bədənin bir çox bölgəsindən məlumatların toplanmasına imkan yaradır.
Hazır prototip, bir smartfonla altı sensorun işləməsini dəstəkləyir. Paralel olaraq, onurğanın vəziyyəti, yeriş və bədən istiliyi haqqında məlumat verir. Bu funksiyalar arasında bel vəziyyətini ölçmək bacarığı ən vacibdir.
Bədənin düzgün forması travma riskini azaltmağa və biomexanika sayəsində effektivliyi artırmağa kömək edir. Ağıllı geyim dəsti daim idmançının belinin vəziyyətini izləyə bilər.
Digər potensial tətbiqlərə klinik xəstəlik diaqnozu və sağlamlıq monitorinqi daxildir.
Tədqiqatçılar və həkimlər xüsusi tətbiq vasitəsi ilə smartfona ötürülən məlumatlara daxil ola bilərlər. Bu zaman istifadəçinin, məsələn, fiziki fəaliyyət zamanı bədən temperaturunun həddindən çox artmasını bilmək mümkündür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
XƏBƏR LENTİ
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)
-
Ucarda narkotik yetişdirən şəxs saxlanıldı
-
Mourinyo "Real"a nəhəng ekranla məşq keçir - (Foto)





