“Ağıllı” idman dəsti

24 Sentyabr 2020 22:50

İdmançılar bədənlərinin imkanlarını inkişaf etdirmək üçün davamlı məşq etməli olurlar. Ancaq bunun üçün əvvəlcə mövcud güc ehtiyatını dəyərləndirmək lazımdır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Sinqapur Milli Universitetindən (NUS) bir qrup tədqiqatçı, smartfonla əlaqəli işləyən və idmançılara onurğa, bədən temperaturu və qaçış tempi kimi fizioloji məlumatları çatdıra bilən bir dəst hazırlayıb.

İdmançıların sağlamlıq göstəricilərini - kiçik fitness izləyicilərindən başlayaraq, klinik monitorinq avadanlıqlarına qədər izləmək üçün müxtəlif cihazlardan istifadə olunur. Fitness izləyicilərinin yığcam və yüngül olmasına baxmayaraq,  yalnız bir nöqtədən məlumat toplamaq mümkündür. Tibbi müayinə aparatlarına bədənin müxtəlif nöqtələrindən məlumat toplamaq üçün bir neçə sensor daxildir. Bu ideal sistem, açıq havada idmançının bədənindəki fərqli nöqtələrdə birdən çox sensordan məlumat toplayaraq ölçüsünü, çəkisini və tellərin sayını minimuma endirir.

Dosent Con Ho-nun rəhbərliyi altında NUS Sağlamlıq İnnovasiya və Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı, elektromaqnit siqnallarını bir metr məsafədə olan bədəndəki sensorlara ötürmək üçün internet kimi struktur yaradıb. Qadcet bütün kostyuma güc və məlumat ötürülməsini təmin edir.

NFC texnologiyasına əsaslanan geyimin hazırlanması təxminən iki il çəkib. Con Ho bildirib ki, ağıllı dəst həm enerji mənbəyi, həm də sensor məlumatlarına baxmaq üçün ekran rolunu oynayan ən müasir smartfonlarla işləyir. Bir ağıllı telefonun daxili simsiz texnologiyası ilə təchiz edilə bilən ağıllı dəst yaradılması böyük bir irəliləyişdir.

Yeni texnologiya necə işləyir?

Geyim dəsti, lazımi yerlərdə konsentrator kimi işləyən hörümçək toru naxışı ilə tikilir. Bu nöqtələrdə yerləşən sensorlar məlumatları smartfona ötürə və NFC çipindən güc alaraq, batareyalara ehtiyacı aradan qaldırır, çəkini azaldır və bədənin bir çox bölgəsindən məlumatların toplanmasına imkan yaradır.

Hazır prototip, bir smartfonla altı sensorun işləməsini dəstəkləyir. Paralel olaraq, onurğanın vəziyyəti, yeriş və bədən istiliyi haqqında məlumat verir. Bu funksiyalar arasında bel vəziyyətini ölçmək bacarığı ən vacibdir.

Bədənin düzgün forması travma riskini azaltmağa və biomexanika sayəsində effektivliyi artırmağa kömək edir. Ağıllı geyim dəsti daim idmançının belinin vəziyyətini izləyə bilər.

Digər potensial tətbiqlərə klinik xəstəlik diaqnozu və sağlamlıq monitorinqi daxildir.

Tədqiqatçılar və həkimlər xüsusi  tətbiq vasitəsi ilə smartfona ötürülən məlumatlara daxil ola bilərlər. Bu zaman istifadəçinin, məsələn, fiziki fəaliyyət zamanı bədən temperaturunun həddindən çox artmasını bilmək mümkündür.

Milli.Az