Maraqlı

Yaponiyada robotlara malları rəflərə qoymaq öyrədilib

22 Sentyabr 2020 21:10
Baxış: 760
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "FamilyMart" mağazalar şəbəkəsində robot köməkçilər istifadəyə verilib. Onlar malları rəflərə yerləşdirə, həmçinin yerə düşmüş əşyaları götürə bilirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 24 saat işləyən "FamilyMart" ailə mağazalar şəbəkəsi Yaponiyanın "Telexistence" şirkəti tərəfindən hazırlanmış "Model-T" adlı robot istifadəyə verib. Təkərli platformada hərəkət edən 2 metr hündürlüyündə olan robot kamera, mikrofon və sensorlardan istifadə edir. Onun hər bir "əli"ndə üç barmaq var, buna görə o, banka, butulka və ya daha böyük əşyalarla təmasda ola bilir.

"FamilyMart" mağazalar şəbəkəsindən bildirilib ki, onlar bu ilin sonunadək daha üç robotun köməyindən istifadə etməyi planlaşdırır. 2022-ci ilədək 20 mağazada onlarla robot istifadəyə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.