Maserati MC20 superkarını təqdim edib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2014-cü ildə Alfieri konseptini təqdim edən Maserati nümayəndələri yaxın zamanda çox bənzər bir avtomobilin satışa çıxarılacağını vəd etmişdilər. Altı ildən çox vaxt keçsə də, Maserati Alfieri seriya modelinə çevrilmədi, lakin onun əvəzinə yeni superkar meydana çıxdı. Maserati MC20 adlandırılan model MC12 superkarı ilə ideoloji bağlantını göstərir. Bu ad Maserati Corse 2020 kimi açıqlanır və italyan markasının avtomobil idmanına qayıdışını simvoludur.
Milli.Az autograph.az-a istinadən bildirir ki, yeni superkar Dallara mühəndislik firması ilə birlikdə yaradılmış karbon monokoku və tənzimlənən amortizatorları olan ikiqollu asqını əldə edib. Kiçik dəyişikliklər edilməklə, eyni şassidən üç fərqli modifikasiyanın istehsalında istifadə ediləcəkdir: benzin mühərrikli kupe və roadster, həmçinin elektromobil.
İlk iki superkar, təkər bazasının içərisinə quraşdırılmış, "formula" texnologiyasına əsaslanan patentləşdirilmiş alışdırma sistemi ilə təchiz edilmiş, 630 at qüvvəsi və 730 Nm hasil edən 3,0-litrlik V6 Nettuno V6 mühərrikini alacaqdır. Daxili yanma mühərriki iki muftalı səkkiz pilləli "robot" ilə tandemdə çalışacaqdır. Arxa ötürməli superkar yerindən 100 km/saata qədər 2,9 saniyəyə, 200 km/saat a isə 8.8 saniyəyə sürətlənir. Superkarın maksimal sürət həddi 325 km/saatın üzərindədir.
Yanacaqla işləyən avtomobilin çəkisi 1500 kiloqramdan azdır və çəkinin gücə nisbətinin bir at qüvvəsinə 2,33 kiloqram olduğu bildirilir. Superkarın son dizaynı təsdiqlənmədən əvvəl, "kəpənək qanadı" qapılarına malik olan kuzov, aerodinamik tuneldə 2000 saatdan çox vaxt keçirib. Superkar beş profili olan hərəkət rejimləri sisteminə malikdir: Wet, GT, Sport, Corsa və ESC Off. Sonuncu halda, elektron "boyunduruq" tamamilə aradan söndürülür.
Bu günə qədər Maserati MC20 elektromobili haqqında yalnız qısa məlumat verilib.Elektrokar maksimum sürətdə (310 km/saat) benzin modifikasiyasında geri qalsa da, 100 km/saat (2.8 saniyə) və 200 km/saat həddinə (8.4 saniyə) qədər sürətlənmədə daha yeyindir. Superkar üçün vəd edilən yürüş məsafəsi 380 kilometrdən çoxdur. Yürüş ehtiyatı qürurverici olmasa da, superkar üçün layiqli bir göstəricidir və rəqiblərinin imkanları ilə müqayisə edilə bilər. Elektrik güc qurğusu haqqında heç bir məlumat verilməyib. Yeganə məlum olan, batareyanın yerləşəcəyi zonanın əlavə qoruma tələb edəcəyidir.
Karbon, alkantara və dəri ilə işlənmiş salonda inteqrasiya edilmiş başlıqları və güclü yan dəstəkləri olan oturacaqlar, virtual cihazlar panelinin və multimedia sisteminin iki 10,25-düymlük displeyi vardır. Son nəsil MIA (Maserati Intelligent Assistant) əyləncə kompleksi Android Automotive əməliyyat sistemi üzərində işləyir və markanın digər avtomobillərindən daha çox funksionallıq və tənzimləmələrin fərdiləşdirmə variantlarını təklif edir.
Maserati şirkəti MC20 superkarının tamamilə İtaliyada yaradılması və tamamilə vətənində istehsal ediləcəyi ilə qürur duyur: supercar Modenadakı modernləşdirilmiş zavodun konveyer xəttindən çıxan ilk avtomobil olacaqdır. Superkar altı kuzov rəngində təklif ediləcəkdir: Bianco Audace, Giallo Genio, Rosso Vincente, Blu Infinito, Nero Enigma və Grigio Mistero. Satışların başlanması tarixi və qiymətlər hələlik açıqlanmayıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)
-
ABŞ-də yaşayan Fərid illər sonra oxudu - (Video)
-
Pünhan Piriyev rəqsindən sonra daha bir video ilə gündəm oldu
XƏBƏR LENTİ
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov
-
Messinin vida matçının tarixi açıqlandı
-
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev - (Foto)
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)
-
Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib





