Koronavirus simptomlarını müəyyənləşdirən maska hazırlanıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sinqapur alimləri koronavirus infeksiyasına yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, maskada nəbz, bədənin istiliyi, təzyiqi, nəfəsalma vəziyyəti və digər bu kimi əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb. Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə xəstənin səhhəti barədə məlumat ötürürlər. Sensorların özlərinin qoruyucu avadanlıqlarla birlikdə yuyula biləcəyi və hətta bir maskadan digərinə keçirilə biləcəyi qeyd olunur.
Bu texnologiyanı işləyib hazırlayanlar söyləyiblər ki, fərdi qoruyucu vasitələrdəki xüsusi materialla örtülmüş çiplər alınan məlumatlara qarşı həssas olmaqla yanaşı, həm də rütubətə davamlıdırlar. Hazırda maskanın qiyməti 36 dollardan bir qədər çoxdur, lakin kütləvi istehsal zamanı onun qiyməti 14,6 dollara qədər düşə bilər.
Bundan əvvəl Amerika alimləri sübut ediblər ki, kombinə edilmiş materialdan olan cərrahi maskalar və aksesuarlar koronavirusa qarşı ən yaxşı müdafiə vasitələridir. N95 tipli xüsusi cərrahi maskalar və kombinə edilmiş materiallardan hazırlanmış qoruyucu aksesuarlar - məsələn, pambıq və sintetik maskalar yüksək effektivliyi ilə fərqlənirlər. Lakin N95 standartından olan maskaların yüksək qoruyuculuq dərəcəsinə malik olmalarına baxmayaraq, tədqiqatçılar həmin maskalarda quraşdırılmış klapana görə onların təhlükəsizliyinə şübhə ilə yanaşırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 30 yaşlı kişi şüşəni yumruqla sındırdı, həyatını itirdi
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi
-
Qumralın əri də müğənniliyə başladı - (Video)
-
Millətlər Liqası: Fransa Belçika yığmasına qalib gəldi
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Paytaxtın 17 küçəsində tıxac var
-
UEFA Millətlər Liqası: Türkiyə evdə darmadağın oldu





