Kokosun faydaları
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kokos, kokos palmasının sərt qabığa malik olan meyvəsidir. Onun qabığı sərt və möhkəm, daxilindəki məhsul isə yumşaq olur.
Kokos palmakimilər fəsiləsinə aiddir . Onun meyvəsi kokos qozu adlanır. Kokos ağacını digər ağaclardan fərqləndirən yeganə xüsusiyyət onun dəniz suyuna olan ehtiyacıdır. Bu ağac yanlız dəniz suyu ilə qidalanmağı sevir. Bu səbəbdən də kokos ağacına okean və ya dəniz kənarlarında rast gəlmək mümkündür. Kokosun qabığı elə möhkəm olur ki, onu uzun müddət suda saxladıqda da yumşalmır. Onun meyvələrini dəniz suları ağacın özündən kənara doğru apardıqdan bir müddət sonra orada yeni kokos cücərtiləri bitir. Kokosu necə sındırmalı?
Kokosun üst hissəsində üçbucaq şəklində işarə var. Həmin hissəni iti bıçaqla kəsərək və ya deşik açaraq içərisindəkiləri boşaltmaq lazımdır. Bir kokos meyvəsindən 3 stəkana yaxın qoz içliyi toplamaq olur.
Kokosun faydalı xüsusiyyətləri
Kokosun tərkibi çoxlu faydalı maddələrlə, təbii yağlarla və antioksidantlarla zəngindir. Kokosun tərkibində kalium, kalsium, maqnium, fosfor, E, C vitaminləri, folat və liflər var. Kokosun lətli hissəsi həzm sisteminin və görmənin yaxşılaşmasına səbəb olur. O fiziki gücü bərpa edir, immuniteti yüksldir, ürək-damar və xərçəng xəstəliyi riskinin əmələ gəlməsinin qarşısını alır.
Kokos iltihab əleyhinə və antimikrob təsirə malikdir.
Kokos südünün xüsusi qoxusu və şirin dadı var. Onun tərkibinin 29%-ni yağlar, 6%-ni karbohidratlar, 4%-ni isə zülallar təşkil edir. Kokos südü dəri üçün əvəzolunmazdır. Kokos südü dərini təravətləndirir, tonuslandırır, quruluğunu aradan qaldırır, elastikliyini artırır. O dəri səpgilərinin sağalmasına, dəridəki allergik reaksiyaların aradan qalxmasına səbəb olur. Kokos yağının tərkibində olan triqliresidlər və yağ turşuları dərinin məxmər kimi yumşalmasına, dəridə olan bakteriyaların, mikrobların, göbələklərin sağalmasına səbəb olur. Qidaları kokos yağı ilə hazırlayıb yedikdə qəbul edilən yağ qaraciyərə zərər vermir və bağırsaqlardan asan sorulur. Kokos yağının orqanizm üçün ən yaxşı faydası onun orqanizmdə yığılıb qalmamsıdır. O qəbul edildiyindən az müddət sonra enerjiyə çevrilir. İdmançıların bu yağdan istifadə etmələrində fayda var. Tropik ölkələrdə kokos "göylərin hədiyyəsi" adlandırılır.
Kokosun zərərli xüsusiyyətləri
Artıq çəkidən və diareyadan əziyyət çəkənlərə kokos istifadə eləmək məsləhət görülmür. Qalxanabənzər vəzin hiper funksiyası zamanı kokosdan istifadə eləmək məsləhət görülmür. Buna səbəb isə kokos qozunun qalxanabənzər vəzin funksiyanı artırmasıdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist xanımı ilə efirdə DUET OXUDU - VİDEO
-
"O mahnını oxuyub sənətdən gedəcəkdim, dünya ulduzuna ÇEVRİLDİM"
-
"Ayılanda ayaq barmağımdan başıma qədər göynəyirdi, halım DƏYİŞDİ”
-
Reanimasiyaya yerləşdirilən Haluk Leventdən xəbər var - FOTO
-
Xərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
-
"Ərimdən çox qazanıram, amma ondan PUL ALIRAM"
XƏBƏR LENTİ
-
"Məni küftə-bozbaş verdiyiniz toya çağırmayın" - Vüqar
-
“Mingəçevir” pley-off-da
-
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
-
Mələkxanım Eyubova gəlini ilə - FOTO
-
İlk dəfə “Qarabağ”ın heyətində meydana çıxacaqlar
-
Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib
-
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
Kim Çen In Prezident İlham Əliyevi təbrik edib
-
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
-
Bəhreynin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
UFC prezidenti Dana Uaytdan Azərbaycan azarkeşlərinə xüsusi çağırış: "Bakı, hazır olun!"
-
Şeyx Mansur bin Zayed Al Nəhyan Prezident İlham Əliyevi təbrik edib
-
Şeyx Məhəmməd bin Raşid Al Maktum Prezident İlham Əliyevə təbrik məktubu göndərib
-
BƏƏ Prezidenti İlham Əliyevi təbrik edib
-
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
-
Sərvəti 1 milyardı keçdi
-
Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab
-
Bu şəxslər iki ildən bir sürücülük vəsiqəsi almalıdır
-
Yazıçı Anar: "Lalə Məmmədova kimdir?"
-
Mehdiabadda qazın verilişi DAYANDIRILACAQ - YENİLƏNİB
-
Sabiq partiya sədrinə hökm oxundu
-
Rayonlara yağış yağır, Göyçaya dolu düşüb
-
Həsən Əliyev küçəsində minib-düşmə yeri yaradılıb - FOTO
-
Bakı-Tbilisi-Bakı qatarında uşaqlar üçün gediş haqqı açıqlandı





